Sosial Xidmətlər Agentliyində ÜST-ün Azərbaycan ofisinin nümayəndələri ilə görüş keçirilib
14.02.2022 21:58

Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsində psixososial dəstək layihəsi həyata keçirilir.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan ofisinin nümayəndələri ilə görüş keçirilib.

 

Agentliyin sədri Vüqar Behbudov ÜST-ün Azərbaycan üzrə sağlamlıq naminə həmrəylik təşəbbüsü çərçivəsində "Azərbaycanda uzunmüddətli psixi sağlamlıq müəssisələrinin xəstələrinə psixososial dəstək" layihəsinin əhəmiyyətini qeyd edib. O, psixi sağlamlıq müəssisələrində sosial reabilitasiyaya dəstək məqsədi daşıyan layihənin Agentliyin 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində də icra  edildiyini bildirib.

 

Daha sonra ÜST-ün psixosağlamlıq və psixososial dəstək, qeyri-infeksion və infeksion xəstəliklər üzrə proqramlarının koordinatoru Elturan İsmayılov və Təşkilatın ilkin səhiyyə, sağlamlıq üçün həmrəylik proqramlarının koordinatoru Tural Qulu layihənin önəmindən bəhs ediblər.

 

Görüşdə layihə üzrə görülən işlər müzakirə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb