""Zeytun” apteklər şəbəkəsi saxta dərman satır" - İDDİA
14.02.2022 20:21

Azərbaycanda böyük apteklər şəbəkəsinə malik "Zeytun Pharmaceuticals" MMC barəsində məhkəmə iddiası qaldırılıb.

 

Aztibb.az xəbər verir ki, şirkət sanitariya-gigiyena və epidemioloji qanunvericiliyi pozmaqda təqsirli bilinir.

 

"Zeytun Pharmaceuticals" İnzibati Xətalar Məcəlləsinin 221.1-ci (bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, saxta dərman vasitələrinin istehsalı, satışı) maddəsi ilə cərimələnib.

 

İnzibati protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Mahirə Kərimovanın sədrliyi ilə baxılacaq. Şirkəti 5 min manatdan 7 min manatadək cərimə cəzası gözləyir.

 

Ölkənin bir çox yerində fəaliyyət göstərən "Zeytun" apteklər "Zeytun Pharmaceuticals" MMC-yə məxsusdur. Şirkətin rəhbəri iş adamı Bəhruz Şirəliyevdir. O, eyni zamanda, "Nurgun Holding"də yüksək vəzifə tutur və vaxtilə "Rəvan" futbol klubunun vitse-prezidenti olub.

 

Qeyd edək ki, "Zeytun" apteklər Bakıda bir çox metro stansiyanın daxilində də fəaliyyət göstərir. Şirkətin Azərbaycanda ümumilikdə 500-dən çox aptek şəbəkəsinə malik olduğu bildirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır