“Antibiotikorezistentlik. Ambulator praktikada antibiotiklərin rasional istifadəsi” mövzusunda dörd günlük onlayn təlim keçiriləcək
14.02.2022 19:33

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən 21, 22, 23, 28 fevral 2022-ci il tarixlərində saat 15.00-da “Antibiotikorezistentlik. Ambulator praktikada antibiotiklərin rasional istifadəsi” mövzusunda dörd günlük onlayn təlim keçiriləcək.

 

Aztibb.az xəbər verir ki, həkim-otolarinqoloq, pediatr, neonatoloq, mama-ginekoloq, uroloq, pulmonoloq, infeksionist və ailə həkimləri üçün nəzərdə tutulmuş ödənişsiz təlimin məqsədi tibbi yardımın keyfiyyətinin artırılması, tibb müəssisələrində çalışan tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və praktiki bacaraqlarının təkmilləşdirilməsidir.

 

Tədbirin təlimçiləri:

Akif Əfəndiyev, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun LOR kafedrasının dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru;


Ramil Həşimli, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun LOR kafedrasının assistenti, tibb elmləri üzrə fəlsəfə doktoru;

Erkin Rəhimov, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının assistenti, Səhiyyə Nazirliyinin Pediatriya sahəsi üzrə mütəxəssis-eksperti;

Hasan Tezer, Gazi Enfeksiyon Hasalıları Bilim Dalı, Ankara/ Türkiyə;

Natavan Fərəcova, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının professoru, tibb elmləri doktoru;

Əliyeva Gülzar, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi katibi, tibb üzrə fəlsəfə doktoru;

Vəfa Qurbanova, Ana və uşaq sağlamlığı və sübutlu təbabət üzrə ekspert, tibb üzrə fəlsəfə doktoru;

Rauf Nağıyev, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının dosenti, tibb elmləri doktoru.

Qeydiyyat üçün link: https://ref.az/3aMEpQ2

 

Əlaqə: (012) 430-20-95

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib