ATU əməkdaşları Təşəkkürnamə ilə təltif olunublar
14.02.2022 12:24

Azərbaycan Tibb Universitetinin (ATU) tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçməsi münasibətlə ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetin bir qisim əməkdaşları ilə görüşüb.

 

Aztibb.az-ın məlumatına görə, professor Gəray Gəraybəyli akkreditasiya prosesi haqqında danışıb, bu hadisənin əhəmiyyətini qeyd edib. O, ali məktəbin beynəlxalq nüfuzu üçün mühüm önəm kəsb edən akkreditasiyanın əldə olunması münasibətilə universitet əməkdaşlarını təbrik edib, bu prosesin uğurla və layiqli şəkildə sona çatdırılmasında əməyi keçən hər bir kəsə təşəkkür edib.

 

Daha sonra  professor Gəray Gəraybəyli ATU-nun beynəlxalq akkreditasiya prosesinə hazırlıq və proqramların özünütəhlil hesabatlarının hazılanmasında fəal iştirakına görə universitetin bir sıra əməkdaşlarına Təşəkkürnamələr təqdim edib.

 

Qeyd edək ki, beynəlxalq akkreditasiya prosesi Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR - Independent Agency For Accreditation and Ratıng) tərəfindən aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib