“Yuxarı tənəffüs yollarının materiallarının bakterioloji dəyərləndirilməsi və törədici təyinetmə” mövzusunda seminar keçirilib
14.02.2022 10:37

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ənənəvi seminarlar davam edir. Fevralın 9-da “Yuxarı tənəffüs yollarının materiallarının bakterioloji dəyərləndirilməsi və törədici təyinetmə” mövzusunda növbəti seminar keçirilib.

 

Öncə klinikanın rezidentlər üzrə məsul şəxsi, Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov çıxış edərək Mikrobiologiya kafedrasında və laboratoriya şöbəsində də bu seminarların yüksək səviyyədə aparıldığını deyib.

 

O, tənəffüs yolları xəstəliklərinə düzgün diaqnozun qoyulmasında pulmonoloqlarla yanaşı, mikrobioloqların, laboraroriya sahəsində çalışan mütəxəssislərin də yaxından iştirak etdiyini bildirib. Bu baxımdan dünyada tüğyan edən pandemiya vəziyyətində laboratoriyaların, xüsusilə mikrobioloji laboratoriyaların rolundan danışıb.

 

Daah sonra çıxış edən laboratoriya şöbəsinin müdiri, t.ü.f.d Yavər Hacısoy mövzunun aktuallığını və davamlı təhsilin əhəmiyyətini vurğulayıb.

 

Klinikanın Klinik-diaqnostik laboratoriyasının rezidenti Ülfət Əskərzadənin mövzuya dair məruzəsi dinlənilib.

 

Həkim-rezident Ü.Əskərzadə yuxarı tənəffüs yollarının normal mikroflorası (son terminologiyaya görə mikrobiota), mikroflora nümayəndələri arasında tarazlığın pozulma mexanizmi və tarazlığın pozulmasına şərait yaradan amillər, mikrobioloji dəyərləndirmə üçün nümunələrin götürülmə qaydaları, xəstəxanadaxili (nozokomial) infeksiyaların mikrobioloji dəyərləndirilməsi haqqında 

 

O, yuxarı tənəffüs yollarının şərti-patogeni olan neyseriyalar, hemolitik və qeyri-hemoltik streptokoklar, hemofiluslar, difteroidlər və anaerob bakteriyalardan təşkil olunduğunu diqqətə çatdırıb: “Flora kommensial və opportunistik bakteriyalardan ibarətdir. Əlverişsiz şəraitdə balansın pozulması opportunistik bakteriyaların artmasına və yuxarı tənəffüs yollarının infeksion xəstəliklərinə səbəb olur”.

 

Məruzəçi son dövrlərdə xəstəxanadaxili infeksiyaların əhəmiyyətli iştirakçısı olan metisillinə davamlı stafilokoklar (Methicillin-resistant Staphylococcus aureus-MRSA) haqqında da ətraflı məlumat verib. Qeyd edib ki, burunda MRSA daşıyıcılığının təyini nozokomial infeksiyaya nəzarətin əhəmiyyətli hissəsidir. Məruzəçinin sözlərinə görə, əsnək nümunələri səbəbi bilinməyən boğaz ağrısı, faringit, tonzillit törədicilərinin təyini üçün istifadə olunur. Rutin bakterioloji laboratoriyalarda əsnək nümunələrinin kultivasiyası ilə əsasən Streptococcus pyogenes təsbit edilir.

 

Seminarın sonunda məruzəçi mövzuyla bağlı ona ünvanlanan sualları cavablandırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub