Gömrük Hospitalının pediatrları "Neonatal tibbdə irəliləyişlər və ziddiyyətlər" konfransında çıxış ediblər
14.02.2022 09:30
Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr Telman Aytayev və pediatr Təranə Göyüşova 12 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Elmi -Tədqiqat Pediatriya İnstitutunun və Uptodate in Medicine-nin birgə təşkilatçılığı ilə “Neonatal tibbdə irəliləyişlər və ziddiyyətlər” mövzusunda keçirilən konfransda çıxış ediblər.
 
Aztibb.az xəbər verir ki, uzman pediatr Telman Aytayev konfransda “Yeni doğulmuşlarda invaziv ventilyasiya və ventilyasiyanın istifadəsi” mövzusunda, pediatr Təranə Göyüşova “Yenidoğulmuşlarda fizioloji keçid hallar” mövzusunda təqdimatla çıxış ediblər.
 
Tədbirdə "Neonatal qıcolmalar və USİ", "Nekrotik enterokolitin cərrahi müalicəsi", "Neonatal sepsisin diaqnostika və müalicəsinə müasir yanaşma", "Qida borusu atreziyasına müasir yanaşma", "Torakoskopiyanın rolu", "Yenidoğulmuşlarda hipoqlikemiya", "Qida borusu atreziyasına müasir yanaşma", "Torakoskopiyanın rolu", "COVID-19 və yenidoğulmuş" və digər mövzularda təqdimatlar edilib.
 
Təqdimatlardan sonra neonotologiyada müasir nəzəri praktiki yanaşmalar və ən son elmi tədqiqatların nəticələri müzakirə edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır