İsmayıl Əfəndiyev: “Apteklərdən alınmış ekspress testlərin keyfiyyəti müəyyən standartlara uyğun olmalıdır”
12.02.2022 10:16
Bu gün hər bir aptekdə koronavirus testi adlandırdığımız ekspress testlər satılır. Bu testlər vasitəsilə insanlar tibb müəssisələrinə getmədən evdə virusa yoluxub-yoluxmadıqlarını öyrənə bilirlər. Bu testlərin qiyməti bir qədər ucuz, istifadəsi asandır. Ona görə də, xəstə olub-olmadığını öyrənmək istəyən insanların çoxu bu testlərdən istifadə edir, PZR testlərdən imtina edirlər.
 
Aztibb.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi rəisinin müavini, dosent İsmayıl Əfəndiyev bu barədə AzTV-nin “Telesəhər” proqramına danışıb.
 
Həkim bildirib ki, ekspress testlərin effektivliyi PZR testlərin effektivliyindən xeyli zəifdir. Ekspress testlərin keyfiyyəti müəyyən standartlara uyğun olmalıdır: "Testlərin pozitivliyi nəticələri 75%-dən az olmamalıdır. Təəssüflər olsun ki, yeni ştamların yayılması şəraitində bu rəqəm 50, hətta 40%-ə düşə bilər. Bu səbəbdən ekspres testlərin nəticələrinə əsaslanmaq olmaz". 
 
Koronavirusu aşkar etmək üçün ən effektiv üsul PZR testidir. Bu testlər yeni ştamları müəyyən etmək imkanına malikdir. 
 
 
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev