Haymorit, frontit və şəkər əleyhinə DƏFNƏ YARPAĞI
12.02.2022 21:51
Həkim-fitoterapevt Fizuli Hüseynov haymorit, frontit və şəkər əleyhinə dəfnə yarpağından istifadənin faydalarından danışıb.
 
Aztibb.az xəbər verir ki, həkimin sözlərinə görə, dəfnə yarpağı şəkər əleyhinə vasitə kimi 2 xörək qaşığı 3 stəkan suda dəmlənir, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir. Bu şəkildə hazırlanan dəmləmə yüksəlmiş şəkəri normallaşdırır və qanda şəkər səviyyəsinin sabit qalmasını təmin edir.
 
F.Hüseynov bildirib ki, müalicəni 20 gün etdikdən sonra ən azı 20 gün fasilə vermək lazımdır.
 
Haymorit və frontit əleyhinə bişirmə isə beu üsulla hazırlanır: 2 xörək qaşığı doğranmış dəfnə yarpağı 1 stəkan suda vam odda qaynadılır, qalın parça və ya dəsmal başa örtülür və 15 dəqiqə qaynayan dəfnəli su buxarı ilə burunla nəfəs alınır. Yaxşı olar ki, bu müalicə ən azı 10 gün aparılsın. Prosedur müddətində otaq isti olmalı, axşam saatlarında etdikdə səhərə qədər evdən çıxılmamalıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev