Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdirinə professor elmi adı verilib
12.02.2022 10:10

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Anesteziologiya-reanimasiya şöbəsinin müdiri, tibb elmləri doktoru Fuad Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 28 yanvar 2022-ci il tarixli qərarı ilə “Anesteziologiya və reanimatologiya” ixtisası üzrə professor elmi adını alıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə Ali Attestasiya Komissiyası məlumat yayıb.

 

Qeyd edək ki, Fuad Həsənov 1981-ci ildə namizədlik, 2012-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib.

 

Alimin apardığı elmi tədqiqatlar nəticəsində kəskin cərrahi xəstəliklər zamanı baş verən trombohemorragik sindromun (THS) səbəbləri və inkişaf mexanizmi, erkən diaqnostika, profilaktika və müalicə məsələləri öyrənilib. THS inkişaf etmiş xəstələrdə ilk dəfə olaraq "kritik hallarda olan xəstələrin ağırlıq dərəcəsini qiymətləndirmə şkalaları" tətbiq edilib və onların müqayisəli təhlili aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır