ATU-nun Tədris Terapevtik Klinikasında Tibbi Şuranın növbəti toplantısı keçirilib
11.02.2022 20:45

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında stasionar şöbələrin illik hesabatına dair toplantı keçirilib. Toplantıda klinikanın 2022-ci il yanvar ayındakı fəaliyyəti və bir sıra stasionar şöbələrin illik hesabatları dinlənilib.

 

Əvvəlcə klinikanın direktoru, professor Surxay Musayev çıxış edərək professor-müəllim heyətini və bütün kollektivi Azərbaycan Tibb Universitetinin tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçməsi münasibətilə təbrik edib. ATU-nun beynəlxalq akkreditasiyadan keçməsinin əhəmiyyətini vurğulayan professor Surxay Musayev bu hadisənin Azərbaycanın səhiyyə tarixində, eləcə də ölkəmizdə ilk olduğunu diqqətə çatdırıb.

 

Sonra klinikanın müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva yanvar ayına olan hesabatı təqdim edib. O, həmçinin son aylar ərzində müəssisənin tibbi fəaliyyəti və mövcud çətinliklər barədə məlumat verib.

 

Daha sonra klinikanın Endokrinologiya, Reanimasiya və İntensiv terapiya, Şəkərli diabet və Kardiologiya şöbələrinin illik hesabatları dinlənilib.

 

Endokrinologiya şöbəsinin müdiri, dosent Səbinə Məşədiyeva sözügedən şöbənin illik hesabatını təqdim edib.

 

Ardınca Reanimasiya və İntensiv terapiya şöbəsinin müdiri, dosent Əliyar Sultanov, Şəkərli diabet şöbəsinin müdiri Sevil Mustafayeva və Kadiologiya şöbəsindən Əli Balakişiyev şöbələrin illik hesabatı ilə çıxış ediblər. Hesabatlarda şöbələrdə il ərzində ambulator və stasionar xəstə qəbulu, şöbələrin tibbi fəaliyyəti və görülən işlər barədə ətraflı məlumat verilib.

 

Tədbirdə dosent Arzu Bəydəmirova "Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Könüllü Həkimlər Assosiyasiyasının (AKHA) birgə təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə şəhid ailələrinin üzvləri və qazilər üçün regionlarda təşkil olunan növbəti tibbi aksiyanı iştirakçıların diqqətinə çatdırıb. A.Bəydəmirova paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan könüllü həkim heyəti tərəfindən keçirilən bu aksiyaya Tədris Terapevtik Klinikada çalışan hər bir tibb işçisini dəvət edib.

 

Dinlənilən hesabatlardan sonra çıxış edən prof. Surxay Musayev bundan sonrakı dövr üçün klinikanın işinin təşkili və qarşıda duran vəzifələr haqqında danışıb. O, həmçinin daxili nizam-intizam, orta və kiçik tibb işçilərinin yol verdiyi bəzi nöqsanları, klinikada mövcud olan bəzi problemləri və personalın klinikaya giriş-çıxışına nəzarət məsələlərini də əməkdaşların diqqətinə çatdırıb.

Sonda əməkdaşların sualları cavablandırılıb, bəzi məsələlərin həlli ilə bağlı tapşırıqlar verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb