“Postpandemiya dövründə birlik” layihəsi çərçivəsində təlimlər davam etdirilir
08.09.2020 15:38

“Postpandemiya dövründə birlik” layihəsi çərçivəsində təlimlər davam etdirilir.

 

Təhsil Nazirliyindən bildirilib ki, layihə çərçivəsində pandemiyadan sonrakı həyat tərzi, təhsil və karyera mövzularını əhatə edən təlimlər keçirilib. Keçirilən üç təlim sessiyası Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov və Azərbaycan İnsan Resursları Assosiasiyasının idarə heyətinin üzvü və Beynəlxalq Əmək Təşkilatı, Birləşmiş Millətlər Təşkilatlarının İnkişaf Proqramının təlimçisi Saleh Həsənovun iştirakı ilə reallaşıb. Təlimlərdə ümumilikdə 380-dən çox tələbə-könüllü iştirak edib.

 

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihənin məqsədi COVID-19 pandemiyası ilə bağlı tələbə-könüllülər arasında maarifləndirmə işlərinin aparılması, onların həyat keyfiyyətlərini yüksəltmək, karyerada uğur qazanmaq, bilik və bacarıqlardan düzgün istifadə etməyə şərait yaratmaqdır.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər