Pandemiya dövründə yenidoğulmuş körpənin idarəolunması necə həyata keçirilməlidir? - Həkim-neanotoloq
11.02.2022 17:06

Reanimasiya şöbəsinə götürülmüş yenidoğulmuşu ailə anamnezi səbəbi ilə yüksək riskli qəbul ediriksə, tək nəfərlik izolyasiya otağında ən azı gün boyunca izolyasiya edilməlidir. Bu müddət ərzində infeksiya əlamətləri meydana gələrsə, uyğun xəstəxanaya göndərilməli və müalicə təyin edilməlidir. 

 

Bunu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “COVID-19 pandemiyası zamanı mamalıq və ginekoloji problemlərə müasir baxış” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

 

Yenidoğulmuş körpənin idarəolunması məsələlərindən söz açan məruzəçi qeyd edib ki, əgər koronavirus diaqnozu qoyulmadan öncə başqa yenidoğulmuşlar eyni otaqda olmuşlarsa, digər bütün yenidoğulmuşlar da COVID-19 inkar edilənə qədər izolə olunmalıdır.

 

O, yenidoğulmuşların transportu haqqında məlumat verərək qeyd edib ki, bu xəstələr üçün özəl olaraq ayrılmış ambulans və transport küvezi istifadə olunmalıdır:

 

"Yenidoğulmuşu transport edəcək ambulansda tənəffüs dəstəyi cihazı daxil, bütün ləvazimatlar və dərmanlar hazır olmalı, şəxsi qoruyucu vasitələr, dezinfeksiyaedicilər hazır olmaldıır. Transferdən əvvəl və sonra ambulans dezinfeksiya edilməli, bütün personal qoruyucu vasitələr geyinməlidir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev