Mərkəzi Klinikada 3 arteriyalı böyrək nəqli əməliyyatı icra olunub
11.02.2022 15:43
Mərkəzi Klinikada həyata keçirilmiş böyrək nəqli əməliyyatında donorun böyrəyinin 3 arteriyasi olduğu müəyyən olunub. Buna baxmayaraq böyrək laparoskopik yolla Mərkəzi Klinikanın Ümumi cərrahiyyə, orqan və toxumalar transplantasiyası şöbəsinin ümumi cərrahı, t.ü.f.d. Zaur Xəlilov tərəfindən donordan alınıb və bu böyrək müvəffəqiyyətlə xəstəyə köçürülüb.
 
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikadan məlumat verilib. 
 
Bildirilib ki, çoxsaylı arteriyası olan donorlarda həm donor əməliyyatları, həm də alıcı əməliyyatları riskli orqan köçürülməsi əməliyyatlarından hesab edilir.
 
Tam anurik (günlük sidik çıxışı olmayan, həftədə 3 dəfə dializ alan) xəstənin köçürülən böyrəyinin əməliyyat stolunda sidik çıxışı başlayıb.
 
Əməliyyatdan 3 gün sonra donor, 1 həftə sonra isə xəstə evə yola salınıb.
 
Qeyd edək ki, əməliyyatın həyata keçirilməsində Mərkəzi Klinikanın Ümumi cərrahiyyə, orqan və toxumalar transplantasiyası şöbəsinin ümumi cərrahı, t.ü.f.d. Zaur Xəlilovun, ümumi cərrah, transplantoloq Tariyel Nadirovun və nefroloq Xəyal Rüstəmovun böyük əməyi keçib. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır