Həkimlərimizi tanıyaq! - Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Sevda Quliyeva    
11.02.2022 12:04

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikası bu dəfə Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin anestezioloq-reanimatoloqu Sevda Quliyeva haqqındadır.

 

Dr. Sevda Quliyeva 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib, 2010-2011-ci illərdə Mərkəzi Dəmiryol Xəstəxanasında "terapevt" ixtisası üzrə internatura keçib. 2012-ci ildə tibb üzrə uzmanlıq imtahanı verərək, İstanbul Universitetinin İstanbul Tibb fakültəsinə qəbul olub. 2017-ci ildə "anestezioloq-reanimatoloq" ixtisası üzrə uzman həkim adını alıb.

 

O, 2017-2019-cu illərdə İstanbul şəhərində fəaliyyət göstərən Avrasiya Hospitalında anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərib. 2019-cu ildən Mərkəzi Gömrük Hospitalında Reanimasiya və İntensiv terapiya şöbəsində anestezioloq- reanimatoloq vəzifəsində çalışır.

 

Daim öz üzərində çalışan Sevda Quliyeva öz sahəsi üzrə beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirak edib, ölkəmizi layiqincə təmsil edib.

 

Azərbaycanlı həkim Türkiyə Anesteziologiya və Reanimasiya Dərnəyinin təşkilatçılığı ilə keçirilən 53-cü Beynəlxalq Konfrans çərçivəsində Alparslan Turan adına keçirilən klinik araşdırma yarışmasında "Laparoskopik əməliyyatlarda fərqli intraoperativ oksigen inspirasiyat fraksiyalarının qlikokaliks üzərinə təsiri" adlı tədqiqatına görə birinci yerə layiq görülüb. Bu qalibiyyətlə bağlı Amerikanın tanınmış Klivland Xəstəxanasına (Cleveland Clinic) dəvət alıb.

 

Anestezioloq-reanimatoloq həm də bütün bacarıq, təcrübə və biliyini səfərbər edərək COVID-19 virusunun yeni ştamlarına yoluxan pasiyentlərin müalicəsi ilə məşğul olur. Sevda Quliyeva bildirir: “Situasiyanı vaxtında qiymətləndirmək, qərar vermək və müəyyən müalicə üsulunu seçməkdən çox şey asılıdır. Öz müalicə prosesimizdə beynəlxalq təcrübədən də yararlanıb tətbiq edirik. Sağalan və ailəsinə qovuşan xəstələri görmək bizi daha da ruhlandırır. Bu bəlaya hamımız səfərbər olaraq qalıb gələcəyik."

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır