11 fevral Ümumdünya Xəstələr Günüdür
11.02.2022 10:44

Ümumdünya Xəstələr Günü müxtəlif fiziki ağrılara mübtəla olanların ağrılarını yüngülləşdirmək və onlara göstərilən xidməti yaxşılaşdırmağa ictimaiyyətin diqqətini cəlb etmək üçün düşünülüb.

 

Aztibb.az xəbər verir ki,  həmin gün 1992-ci il mayın 13-də Roma Papası II İohann Pavelin təşəbbüsü ilə təsis edilib. 1991-ci ildə II İohann Pavelə Parkinson xəstəliyi diaqnozu qoyulub. Katoliklərin dini rəhbəri həmin diaqnoz qoyulandan sonra Xəstələr Gününün qeyd edilməsi təşəbbüsünü irəli sürüb.

 

O, özünün bu barədəki xüsusi müraciətində bildirib ki, Ümumdünya Xəstələr Gününün hər il qeyd edilməsinin başlıca məqsədi xəstələrin ağrı və iztirablarını yüngülləşdirmək və ictimaiyyətin diqqətini onlara göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmağa yönəltməkdir.

 

Hər il Ümumdünya Xəstələr Günü çərçivəsində maarifləndirici aksiyalar təşkil edilir, xəstəliklərdən əziyyət çəkən insanlara dəstək məqsədilə müxtəlif tədbirlər keçirilir, xəstəxanalar ziyarət olunur, sağlamlığın qorunması və sağlam həyat tərzinin təbliği istiqamətində profilaktik addımlar atılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib