Aİ-ÜST layihələri çərçivəsində tədbir keçirilib
10.02.2022 22:13

Avropa İttifaqı (Aİ) - Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əməkdaşlığı ilə keçirilən “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” və “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihələri çərçivəsində sertifikatların təqdimatı və təhvil-təslim mərasimi təşkil edilib.

 

Aztibb.az xəbər verir ki, tədbir COVID-19 pandemiyası ilə mübarizədə sözügedən layihələrin dəstəyini vurğulamaq, davamlı tibbi təhsil sahəsi üzrə tibb müəssisələrinin və tibb işçilərinin fəaliyyətlərini qiymətləndirmək, eləcə də infeksiyanın qarşısını almaq və nəzarət üzrə ləvazimatların təhvil-təslimini həyata keçirmək məqsədilə təşkil edilib.

 

Qısa müddət ərzində ölkə üzrə 15 təlim mərkəzində 7000-dən çox tibb işçisi üçün “COVID-19 vaksinasiyası”, “COVID-19 xəstələrinin stasionarda idarəolunması”, “Təməl jəyat dəstəyi” və “Təkmil həyat dəstəyi” mövzuları üzrə təlimlər təşkil edilib.

 

Eyni zamanda, onlayn öyrənmə imkanlarının təbliği məqsədilə OpenWHO platformasında Azərbaycan səhifəsi təqdim edilib. Ötən il ərzində Azərbaycanın tibb işçiləri bu platformada 15000 onlayn kursa qoşulub.

 

Tədbir zamanı, 50 tibb müəssisəsi və tibb işçisi Aİ-ÜST layihələri çərçivəsində davamlı tibbi təhsil istiqamətində göstərdikləri dəstəyə və fəal iştiraka görə təltif edilib.

 

Sonda tibb müəssisələrində infeksiyaların qarşısının alınması və mübarizə tədbirlərini gücləndirilməsi məqsədilə “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” çərçivəsində TƏBİB-ə 1000 əl gigiyenası dispenseri, 2000 litr əl dezinfeksiyaedici vasitə, 3000 kiçik əl dezinfeksiyaedici (100 ml) və 3000 kəmər klipi təhvil verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb