Gürcüstandan vətəndaşlarımızın Azərbaycana təxliyəsi davam edir
08.09.2020 13:54

Azərbaycanın Gürcüstandakı səfirliyi vətəndaşlarımızın təxliyəsini davam etdirir.

 

Aztibb.az xəbər verir ki, növbəti təxliyə sentyabrın 8-də həyata keçirilib və 200 nəfər Azərbaycana yola salınıb. Onlar sentyabrın 7-də Tbilisidəki klinikaların birində koronavirusla bağlı testdən keçiblər və cavabların hamısı neqativ olub.

 

Təxliyə olunanlara Azərbaycanın Gürcüstandakı səfirliyindən COVID-19-un aşkarlanmadığını təsdiq edən arayış verilib və onlar sentyabrın 8-də xüsusi avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınıblar.

 

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov bildirib ki, sentyabrın 14-də daha bir təxliyə həyata keçiriləcək. Təxliyə zamanı yeni dərs ilinin başlaması ilə əlaqədar Azərbaycana getməli olan uşaqlar və onların ailə üzvlərinə daha çox üstünlük verilir.

 

Qeyd edək ki, səfirlik pandemiya dövründə Gürcüstanı tərk edə bilməyən 2 mindən çox şəxsin Azərbaycana təxliyəsini təşkil edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub