Meyitdən orqan və toxumaların transplantasiyası ilə əlaqədar Koordinasiya Mərkəzi yaradılıb
10.02.2022 18:17

Meyitdən orqan və toxumaların transplantasiyası ilə əlaqədar Koordinasiya Mərkəzi yaradılıb. Səhiyyə Nazirliyinin birbaşa tabeçiliyində olan bir müəssisədə idxal və ixracı, donorların reyestri, pasiyentlərin qeydiyyatı nəzərdə tutulub. Mərkəzin Əsasnaməsi Nazirlər Kabinetinə təqdim olunub və yenidən baxılıb. Həmin mərkəzin yerləşəcəyi yer də məlumdur. Hazırda son hazırlıq işləri görülür. Eyni zamanda, mərkəzin nəzdində Etika Komissiyası da fəaliyyət göstərəcək. Orada ictimai nəzarət çox güclü olacaq. Həmin komissiyada qeyri-hökumət təşkilatlarının, hüquq-mühafizə orqanlarının, tibb qurumlarının nümayəndələri təmsil olunacaqlar. Mərkəz tam şəffaf şəkildə fəaliyyət göstərəcək. Məxfilik qorunmaqla aktiv olaraq internet səhifəsindən də bütün məlumatları əldə etmək mümkün olacaq.

 

Aztibb.az xəbər verir ki, bunu bu gün Səhiyyə Nazirliyində keçirilən brifinqdə səhiyyə naziri Teymur Musayev deyib.

 

Bildirib ki, hazırda on dörd səhiyyə müəssisəsinin müəyyən orqanların transplantasiyasını həyata keçirmək üçün lisenziyası olsa da, həmin müəssisələr transplantasiya üçün akkreditasiyadan da keçməlidirlər: “Bu da sürətlə baş tutacaq. İstər tibb heyəti üçün, istər maddi texniki baza ilə bağlı meyarlar və standartlar mövcuddur. Həmin müəssisələr akkreditasiyadan keçdikdən sonra onlar ümumi transplantasiya ilə bağlı müəssisələr reyestrinə daxil olacaqlar.

 

Nazir qeyd edib ki, bu istiqamətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində İşçi Qrupu fəaliyyət göstərir və transplantasiyanın xidmətlər zərfində öz əksini tapması ən yüksək səviyyədə müzakirə olunur: “Ümidvarıq ki, transplantasiya xidmətlər zərfinə daxil ediləcək”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır