Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi ÜST-ün Azərbaycan nümayəndəliyi tərəfindən mükafatlandırılıb
10.02.2022 15:51
10 fevral 2022-ci il tarixində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi tərəfindən “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” və “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihələri çərçivəsində 2021-ci ildə görülmüş işlərin yekunlarının təqdimatı və davamlı tibbi təhsil sahəsində seçilmiş tibb müəssisələrinin mükafatlandırılması məqsədilə tədbir həyata keçirilib.
Aztibb.az xəbər verir ki, tədbirdə Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, TƏBİB-in İdarə heyətinin sədri Vüqar Qurbanov, ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı, Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəsi Peter Mixalko, eləcə də müxtəlif dövlət tibb müəssisələrinin əməkdaşları və KİV nümayəndələri iştirak edib.
Tədbirdə “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” və “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihələri çərçivəsində 2021-ci ildə görülmüş işlərin yekunlarına dair təqdimatlar dinlənilib, davamlı tibbi təhsil fəaliyyətlərini dəstəkləyən tibb müəssisələri və tibb işçiləri sertifikatla təltif edilib.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi də davamlı tibbi təhsil fəaliyyətlərini dəstəkləyən müəssisə olaraq müstəsna əməkdaşlığına görə sertifikata layiq görülüb.
Tədbirdə Tibbi Xidmət İdarəsini Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsini rəis müavini, tibb xidməti mayoru, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə təmsil edib.
ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı İsmayıl Əfəndiyevə sertifikatı təqdim edib.
İsmayıl Əfəndiyev öz növbəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədovun təşəkkürünü çatdırıb. O, Tibbi Xidmət İdarəsinin həyata keçirdiyi tibbi təhsil tədbirləri və gələcək planlar barədə məlumat verərək, elmi-təcrübi tədris fəaliyyətlərinin təşkilindəki bu uğurlu əməkdaşlığın davamlı olacağına inamını ifadə edib.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan tibb tarixində ilk: 19 həftəlik hamilə qadının üzərində dünyada nadir rast gəlinən əməliyyat aparıldı
23.10.2026 | 13:44
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

