Quduzluq insana heyvanın ağız suyunun açıq yaraya dəyməsi nəticəsində də düşə bilir - Mərkəzi Gömrük Hospitalının həkimi
10.02.2022 17:47

Quduzluq ağır yoluxucu xəstəliklərdən biridir. Bu virus pişik, it kimi vəhşi heyvanlardan insana keçir. Ağır əlamətlərlə xarakterizə olunan quduzluq əksər hallarda ölümlə nəticələnir.

 

Quduzluq insan orqanizminə təkcə dişləmə ilə deyil, həm də quduz heyvanın ağız suyunun açıq yaraya dəyməsi nəticəsində düşə bilir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının həkimi Nərgiz Kərimova "ATV səhər" verilişində məlumat verib.

 

Həkimin sözlərinə görə, heyvan dişləməsi zamanı mütləq həkimə müraciət olunmalı, təcili yardım briqadası çağırılmalıdır.

 

Quduzluğun ilk əlamətləri haqqında məlumat verən N.Kərimova bu zaman insanda işıqdan və sudan qorxma, daha sonra mərkəzi sinir sisteminin zədələnməsi, boğulma hallarının baş verdiyini bildirib.

 

“Quduzluq vaxtında müalicə olunmazsa, peyvəndlər vurulmazsa 100 faizə qədər ölümlə nəticələnə bilir”, - deyə N.Kərimova bildirib.

 

O, qeyd edib ki, heyvan dişləməsindən sonra ilk yardım kimi yaranın üzəri su və sabunla yuyulmalı və tənziflə örtülməlidir.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır