Tez-tez istifadə etdiyimiz burun spreyləri/Nələrə diqqət etməliyik?
10.02.2022 15:29

Son zamanlar geniş yayılmış virus xəstəlikləri zamanı əsas əlamətlərdən biri də burun tutulmasıdır. İnsanlar əksər hallarda bu problemin qarşısını həkim məsləhəti olmadan almağa çalışır, apteklərdən müxtəlif burun spreyləri alaraq istifadə edirlər. Lakin mütəxəssislər bu kimi vasitələrdən tez-tez istifadəni tövsiyə etmirlər.

 

Aztibb.az xəbər verir ki,  Mərkəzi Gömrük Hospitalının həkim-otolarinqoloqu Elvin Əzizov ATV-yə müsahibəsində bu barədə fikrilərini bölüşüb.

 

Burnumuzun tənəffüs funskiyasından başqa orqanizm üçün həm də qoruyucu rol oynadığını vurğulayan həkim qeyd edib ki, bu, xaricdən daxil olan havanın nəmləndirilməsi, isidilməsi və zərərsizləşdirilməsi hesabına baş verir.

 

Həkim qeyd edib ki, soyuq havaya çıxanda burunda tutqunluq, tıxanıqlıq yaranır ki, bunun da səbəbi burun boşluğunda olan kapilyarların genişlənməsi, burunda olan qoruyucu mexanizmlərin işə düşməsi və bu zaman selikli qişanın şişməsi hesabına baş verir. Həmçinin toz hissəcikləri və yaxud yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları zamanı burun boşluğuna düşmüş bakteriyalar və viruslar nəticəsində də burunda burunun selikli qişasının bu qoruyucu funksiyası işə düşür və həmin vaxt burunda tıxanıqlıq yaranır:

 

“Bu zaman xüsusi spreylərdən istifadə edirik. Belə vasitələr müxtəlifdir, onları qarışdırmaq olmaz. Çünki hər burun spreyinin öz funskiyası var.

 

Hazırda ən çox istifadə olunan spreylərdən biri də dəniz suyu tərkibli olanlardır. Dəniz suyunun vasitəsilə artıq həmin mikroorqanizmlər seliyi yuyub xaric edir.

 

İkinci növ burun damcıları nazal spreylərdir ki, onların funksiyası burun boşluğunda olan kapilyarların yığılması və nəticədə burun tənəffüsünün yaxşılaşmasına yönəlir.

 

Üçüncüsü isə daha çox istifadə etdiyimiz - yerli qlükokortikosteroid spreylərdir ki, onlar burun boşluğunun öz təbii qoruyucu sistemini bərpa etməyi nəzərdə tutur”.

 

Mütəxəssis bildirib ki, bəzən qrip olarkən, yaxud burnumuzda tıxanıqlıq yaranarkən burun spreylərindən kortəbii şəkildə, onun istifadəsinə dair göstərişləri oxumadan istifadə edirik. Lakin bu, bəzən zərərli ola bilər.

 

“Qrip olan zaman damarbüzücü nazal spreylərdən istifadə etmək olar”, deyən həkim əlavə edib ki, bu vasitələrdən  3-5 gündən artıq istifadə etmək olmaz.

 

Onun sözlərinə görə, ən çox tövsiyə olunan yüksək duzluluğa malik dəniz suyudur. Bu məhlul həm qrip zamanı yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları zamanı artıq seliyin xaric olunmasına kömək edir. Bu spreylərdən gün ərzində maksimum 3 dəfə istifadə etmək lazımdır. Bu müddəti keçdikdə bir sıra fəsadlar baş verə bilər. Odur ki, burun spreylərindən istifadə edərkən diqqətli olmalıyıq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev