"Müharibə iştirakçılarının sağlamlığı ilə bağlı həyata keçirdiyiniz tədbirlər çox yüksək qiymətləndirilir" - Prezidentə MƏKTUB
10.02.2022 09:39

Vətən müharibəsi qazisi Qurbanəli İslamov dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə məktub ünvanlayıb.

 

Aztibb.az xəbər verir ki, məktubda qeyd olunub:

 

"Sizin rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində xalqımızın 30 ilə yaxın həsrət qaldığı torpaqları yağı düşmənin işğalından azad etdi. Siz xalqın inamını özünə qaytardınız, onu bir yumruq kimi birləşdirdiniz. Bu böyük sevinci və qüruru bizə yaşatdığınıza görə Sizə minnətdarıq.

 

Cənab Prezident, Sizin müharibə iştirakçılarının sağlamlığı, onların sosial problemlərinin həlli ilə bağlı həyata keçirdiyiniz tədbirlər çox yüksək qiymətləndirilir. Mən Vətən müharibəsinin qazisi kimi göstərdiyim xidmətlərə görə sərəncamlarınızla beş medalla təltif olunmuşam. Sizin diqqət və qayğınızı hər zaman öz üzərimdə hiss edirəm. Müasir protezlə, işlə təmin olunmuşam. Bundan başqa, mənə yeni mənzil və avtomobil təqdim edilib. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə sonsuz təşəkkürümü bildirirəm".

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır