Dünyada hər gün 11 min insan siqaret səbəbli xəstəliklərdən dünyasını dəyişir - İnvaziv kardioloq
09.02.2022 16:26

Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin hesablamalarına görə, siqaretin tərkibində xərçəngə səbəb olan 55 maddə tapılıb. Hər il dünyada 4 milyon, hər gün isə 11 min insan siqaret səbəbli xəstəliklərdən dünyasını dəyişir. Təbii ki, siqaret  qadınla  kişi orqanizminə eyni dərəcədə ziyan vurur. Siqaret tüstüsündə 4 mindən çox zərərli maddə var. Gündə bir qutu siqaret çəkən insanın minlərlə dəfə tüstünü içə çəkmə hərəkəti etdiyini nəzərə alsaq, orqanizmə daxil olan zərərli kimyəvi maddələrin miqdarını asanlıqla anlamaq olar.

 

Aztibb.az xəbər verir ki, 9 Fevral Ümumdünya Siqaretdən İmtina Günü çərçivəsində Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Samir Mustafayev siqaretin zərərləri barədə məlumat verib.

 

Həkimin sözlərinə görə, siqaret tüstüsündə olan əsas maddələr kokain və morfi qədər asıllıq yarada bilir.

 

"Nikotin qanda oksigenin daşınmasına mane olan və ölümə yol açan maddədir. Nikotinə asılılıq insanları siqaret çəkməyə davam etdirir, lakin əsas ziyanı vuran siqaret tüstüsündəki qətrandır", - deyə S.Mustafayev bildirib.

 

Həkim qeyd edib ki, araşdırmalara görə, gündə 1 ədəd siqaret çəkənlərdə ürək xəstəliyi riski siqaret çəkməyənlərlə müqayisədə 50 %, insult riski isə 30% daha yüksəkdir. Siqaret çəkmənin ən ölümcül nəticəsi xərçəng yox, ürək-damar xəstəlikləridir. Bu siqaret çəkmədən nəticələnən erkən ölümlərin 48% təşkil edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev