Yataq dəstlərini alarkən bu xüsusiyyətlərə diqqət yetirmək VACİBDİR
09.02.2022 09:31

Məişət tozları və allergenlərə ən çox istifadə olunan yorğan və döşəklərdə rast gəlinir. Keçmişdə yun yorğan və döşəklər ən keyfiyyətli yataq dəstləri sayılırdı. Yunun bütün neqativ enerji və radiasiyanı özünə çəkdiyi elmi tərəfdən sübut olunub. Eyni zamanda, yun istini tənzimlədiyi üçün orqanizmi üşüməyə qoymur, hətta revmatizm xəstəliyindən əziyyət çəkənlərə qoyun yunundan hazırlanmış yataq dəstlərində yatmaq məsləhət görülür. Digər tərəfdən yundan olan yataq dəsti allergik xəstəliklərə qarşı həssaslığı olanlar üçün narahatlıq yarada bilir.

 

Həkim-terapevt Sevinc Zeynalovanın sözlərinə görə, yunun içində gənəçiklər var və allergiyası olmayanlara heç bir narahatlıq vermir. Allergiyası olanların isə yun yorğan-döşəklərdə yatmasına və tük yastıqdan istifadə etməsinə qadağa qoyulur. Çünki yunun içindəki gənəciklərin ifrazatları və epidemisin özü xəstələrdə allergik reaksiyalar verə bilər”.

 

Mütəxəssislər yenilənən və müasir dünyaya uyğunlaşanların yundan hazırlanan yataq dəstlərinə üstünlük vermədiyini bildirirlər. Onlar yunun yuyulub qurulması, sonra ondan döşək sırımağın əziyyətli proses olduğunu əsas götürürlər. Ona görə də daha rahat hazırlanan, tez yuyulub qurudulan, olduqca yüngül sinteponlara üstünlük verirlər. “Sinteponun tərkibində gənəcik olmadığından heç bir allergik reaksiya vermir. Allergiyası olanların sintepon yastıq və sintepon yorğan-döşəkdən istifadə etməsi məsləhətdir”.

 

Həmin yataq dəstlərini alarkən üç xüsusiyyətə diqqət yetirmək vacibdir: sinteponların hipoallergen olması, işin keyfiyyəti və materialda xoşagəlməz qoxunun olmaması. Qeyd edək ki, təmiz tərkibli sinteponlar antibakterial olur, yuyulduqda tez quruduğu üçün bakteriyaların inkişafına imkan yaratmır.

 

Otaqda toz yığılan əşyaları mümkün qədər azaltmaq, həftədə bir dəfə yorğan-döşəkləri havaya çıxarmaq, yataq otağındakı döşəküzlərini tez-tez dəyişmək, tozsoranla onları yaxşı təmizləmək lazımdır. Məişət tozlarına qarşı həssaslığı olanlar üçün gigiyenik şərait yaratmaq məsləhət görülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev