"Laporaskopiya yenidoğulmuşlarda güvənlə tətbiq oluna bilər” – Uşaq cərrahı Vüsal Cəfərov
08.02.2022 15:34

Əməliyyatların laporaskopik icrası müddət baxımından müəyyən qədər vaxt tələb etsə də, faydalılıq baxımından bu üsul daha üstün hesab olunur.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının “Facebook” səhifəsi üzərindən həyata keçirilən canlı yayımda “Uşaqlarda laparoskopik əməliyyatlar” mövzusunda çıxışı zamanı uşaq cərrahı Vüsal Cəfərov məlumat verib.

 

“Laporaskopiya yenidoğulmuşlarda güvənlə tətbiq oluna bilər”, - deyə qeyd edən V.Cəfərov xüsusilə apendisit əməliyyatlarında laporaskopik üsulun qızıl standart hesab olunduğunu vurğulayıb.

 

Həkimin sözlərinə görə, bəzi hallarda laporoskopiya diaqnostik məqsədlərlə istifadə oluna bilər. Uşaq cərrahiyəsində bu məqsədlə laporaskopiyadan istifadə üçün heç bir yaş məhdudiyyəti yoxdur.

 

O, laporaskopiyanın çatışmayan cəhətlərindən bəhs edərək bildirib ki, açıq əməliyyatlarda qanamanı nəzarətdə saxlama imkanı daha çoxdur: “Bununla yanaşı, bəzi əməliyyatlarda, o cümlədən hidrosel əməliyyatında uğur əldə etmək üçün onu laporaskopik deyil, açıq icra etmək vacibdir”.

 

Həkim, həmçinin uşaq urologiyasında laporaskopiyanın üstünlüklərindən danışaraq xüsusilə anadangəlmə uroloji problemlərlə doğulan uşaqlarda bu üsulun tətbiqinin effektiv olduğunu diqqətə çatdırıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır