Talassemiya Mərkəzində dünya donor bankına inteqrasiya üçün tədbirlər görülür  
08.02.2022 13:48
Hazırda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin bölməsi olaraq fəaliyyət göstərən Talassemiya Mərkəzində genetik müayinələrin aparılması üçün yeni nəsil sekvenləşdirmə cihazları ilə təchiz olunmuş genetik laboratoriya fəaliyyətə göstərir. Sümük iliyi transplantasiyasında böyük əhəmiyyət kəsb edən donor probleminin həll olunması ilə bağlı HLA registrin qurulması və dünya donor bankına inteqrasiya üçün tədbirlər görülür.
 
Aztibb.az MHTM-yə istinadla xəbər verir ki, 2005-ci il fevralın 8-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən "Talassemiyasız həyat naminə" devizi altında keçirilən “Dəyirmi masa” ölkəmizdə Talassemiya problemlərinin həlli istiqamətində atılan mühüm addımların başlanğıcı oldu. Məhz bu "Dəyirmi masa"da Heydər Əliyev Fondu tərəfindən ixtisaslaşdırılmış Mərkəzin və qan bankının yaradılması haqqında qərar qəbul edildi.
 
2009-cu ildə talassemiyalı pasiyentlərə xidmət göstərən Talassemiya Mərkəzi fəaliyyətə başladı. Mərkəz faəliyyətə başlayan gündən bu günə kimi talassemiyadan əziyyət çəkən insanların müayinə və müalicəsini əhatə edən bütün xidmətlər, sümük iliyi transplantasiyası da daxil olmaqla dövlət hesabına həyata keçirilir. "Talassemiyasız həyat naminə" layihəsində məqsəd bir yandan mövcud xəstələrin keyfiyyətli müalicə almasını təşkil etmək, digər yandan isə, talassemiyalı xəstə doğulmasının qarşısını almaqdır. Bu işdə, xüsusilə də nikaha daxil olacaq gənclərin maarifləndirilməsi və daşıyıcıların müəyyən olunması vacibdir. Nikah öncəsi müayinələr və hamiləlik zamanı aparılan testlərlə talassemiyalı uşağın doğulmasının qarşısı tamamilə alına bilər.
 
Qeyd edək ki, talassemiyalılara göstərilən diqqət, qayğı və bütün görülən işlər ölkə rəhbərliyinin və Azərbaycan Respublikasının 1-ci vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın birbaşa dəstəyi ilə həyata keçirilir.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır