Ürək əməliyyatlarında "uğurlu kəsik" - Uzman həkimdən İZAH
08.02.2022 13:26
Minimal invaziv ürək cərrahiyyəsində uğurlu kəsik "doğru göstəriş" kimi qiymətləndirilir. Müdaxilənin uğuru birbaşa kəsiyin doğru aparılmasından asılıdır. Kiçik kəsiklərlə edilən ürək əməliyyatlarında daha az ürək manipulyasiyası edilir və buna görə də ürəkdə daha az travma yaranır.
 
Aztibb.az xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib. 
 
O, bildirib ki, kiçik kəsiyin üstünlükləri aşağıdakılardır:
 
- Estetik görünüşü adi əməliyyatlardan qat-qat üstündür;
- Qadınlarda kəsik döşün altında olduğu üçün əməliyyatdan sonra görünən çapıq qalmır;
- Əməliyyatdan sonra arxa üstə uzanmaq məcburiyyəti yoxdur;
- Ənənəvi üsulla müqayisədə əməliyyat zamanı və əməliyyatdan sonra çox az qan istifadə edilir;
- Pasiyentlər 3 həftə kimi qısa müddətdə normal həyata qayıda bilərlər.
 
Həkimin sözlərinə görə, bu üsulla uyğun xəstələrdə mitral qapaq əməliyyatları, triküspid qapaq əməliyyatları ilə yanaşı, ASD kimi bəzi anadangəlmə ürək əməliyyatları və koronar bypass əməliyyatı da icra edilə bilər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev