Hazırda yoluxanlar arasında ağırlaşma hallarının az olmasının SƏBƏBİ
07.02.2022 15:21

"Artan yoluxmaya qarşı tək çarə  - "buster" doza".

 

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi, həkim Vəfa Ağayeva “Facebook” üzərindən keçirilən canlı yayımda “Omikron ştamı və artan yoluxma sayı təhlükəlidirmi?” sualını cavablandırıb.

 

O, bildirib ki, təəssüf ki, son zamanlar Azərbaycanda koronavirusa yoluxma sayı 7000-in üzərindədir. Yoluxma artıq 5000-i ötdüyü zaman, bu, bizim üçün siqnal idi. Belə sürətli artım hazırda bütün dünya ölkələrində müşahidə olunur.

 

Bu, əsasən həm dünyada, həm də ölkəmizdə geniş yayılmış Omikron ştamının digərləri ilə müqayisədə 3-4 dəfə yüksək yoluxuculuq qabiliyyətinə malik olmasına bağlıdır. Ölkəmizdə də yoluxmanın kəskin artması məhz bu ştamla əlaqədardır.

 

Həkim Omikron ştamından qorunmağın yeganə yolunun peyvəndləmə və “buster” doza olduğunu söyləyib:

 

“Həm ÜST, həm də ölkəmizin bütün səhiyyə qurumları bildirir ki, hazırda “buster” dozanın tətbiqi çox önəmlidir. Yoluxma sayı artsa da, xəstələnənlər arasında ağırlaşma halları çox azdır. Çünki Omikron ştamı daha yüngül keçir. Digər səbəb isə ondan ibarətdir ki, ölkədə əksər insanlar 1-ci, 2-ci və hatta “buster” dozanı alıblar. Bu da sübut edir ki, hazırkı ştamlar Omikrona qarşı effektivdir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev