Təcili yardım sahəsində fəaliyyət üçün yol xəritəsi hazırlanacaq
07.02.2022 12:44

Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində prioritetləri müəyyənləşdirmək və sübutlara əsaslanan inkişaf xəritələrini təqdim etmək məqsədilə Azərbaycan Tibb Universitetində "Təcili Tibbi Yardım Sistemi və Akademik Tədrisdə Təcili Tibb" mövzusunda simpozium keçirilib.


Aztibb.az-ın məlumatına görə, simpoziumda Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr. Hande Harmancı və Azərbaycan Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) nümayəndəsi Araz Nəsirov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Türkiyə Səhiyyə Nazirliyinin nümayəndələri, Klinik Tibbi Mərkəz, Respublika Klinik Hospitalı, Sumqayıt və Şamaxı şəhərlərində fəaliyyət göstərən Təcili Tibbi Yardım xidmətinin əməkdaşları, habelə təcili tibbi yardım üzrə beynəlxalq ekspertlər iştirak ediblər.

 

Simpoziumdan sonra "Xəstəlik hallarının idarə olunması” və “Təcili Yardım Şöbəsinin İdarə Olunması” kurslarının tədrisinə start verilib. “Xəstəlik hallarının idarə olunması" kursu hər biri həftə ərzində iki dəfə olmaqla (səhər və günorta kursları) tədris ediləcək 6 müxtəlif dərsdən ibarətdir. Eyni zamanda iki növbədə 5 yarım gün davam edəcək Təkmil Həyat Dəstəyi (ACLS) də tədris olunacaq kurslardan biridir. Kursun yekununda iştirakçılar təcili yardımda tez-tez rast gəlinən 6 halın idarə edilməsi üsullarını 3 müxtəlif situasiya məsələsi vasitəsilə dərindən mənimsəyəcək, eyni zamanda, ürəyin dayanmasına və ya ürək-damar xəstəliklərinə səbəb olan həyati təhlükəyə yaradan halların mütərəqqi tibbi prosedurlar, dərmanlar və üsullardan istifadə etməklə aradan qaldırılmasına dair ən yeni məlumat əldə edəcəklər.

 

Bununla yanaşı, BMT-nin Yol Təhlükəsizliyi Fondu tərəfindən maliyyələşdirilən “Təcili Yardım Şöbəsinin İdarə Olunması” kursu təhlükəsiz, yüksək keyfiyyətli təcili tibbi yardım xidməti təmin etmək, eləcə də təcili tibbi yardım işini səmərəli həyata keçirmək məqsədilə müvafiq sahə üzrə rəhbər şəxslərin liderlik və idarəetmə potensialını inkişaf etdirmək məqsədi daşıyır. Kurs iştirakçıların Azərbaycanda təcili tibbi yardımın mövcud vəziyyətini düzgün analiz etməyə, ölkə daxilində təcili tibbi yardım xidmətinin keyfiyyətini yaxşılaşdırmağa, həmçinin effektiv səhiyyə siyasəti yaratmağa yardım edəcək bilik və bacarıqlarını artırmağı hədəfləyir. Kurs başa çatdıqdan sonra 11-12 fevral tarixlərində ÜST-nin təcili yardım üzrə eksperti Prof. Dr. Li Uollisin və beynəlxalq mütəxəssislərin iştirakı ilə Təcili Yardım sahəsində fəaliyyət üçün yol xəritəsinin hazırlanması üzrə görüş keçiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır