Pediatr uşaqlarda iştahsızlığın əsas səbəbini AÇIQLADI
07.02.2022 10:17

"Əgər övladım yemək yemir, ancaq şirniyyatla qidalanır" deyirsinizsə, deməli problem uşağın iştahına deyil, zərərli qida vərdişlərinə görədir.

 

Aztibb.az-ın xəbərinə görə, həkim-pediatr Günay Rəsulova uşaqlarda zərərli qida vərdişlərinin fəsadlarından bəhs edərkən belə deyib. Həkimin sözlərinə görə, əksər hallarda yemək yeməyən uşaqlar şirniyyat, abur-cubur və digər şəkərli qidalara üstünlük verirlər. Çünki onlar öyrəşib ki, yemək yeməyəcək və onlara şirniyyat veriləcək:

 

"Çalışın uşaqlara ara öyünlərdə yüksək şəkər tərkibli qidalar verməyin, uşaq ac qalmasın deyə şirinçay içirməyin. Belə olduğu təqdirdə şəkərli qidalardan sonra uşağın qan şəkər səviyyəsi davamlı olaraq yüksək olduğuna görə, bu uşaqlar aclıq hiss etmir, yemir.

 

Təbii ki, iştahsızlığın başqa səbəbləri də ola bilər (müxtəlif xəstəliklər, somatik problemlər və s.). Eləcə də uşaq virus və ya bakteriyal infeskiya keçirisə, bu müddətdə də iştahsız ola bilər. Lakin çox vaxt əsas səbəb uşaqların zərərli qida vərdişləri və qeyri-düzgün qidalanma rejimidir. Bunu mütləq gözdən keçirin".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev