Ərküdə çayının qəbulu gələcəkdə cinsi orqanların xərçəngə tutulma ehtimalını azaldır - Fizuli Hüseynov
06.02.2022 11:50

Ərküdə, qadınotu və ya İbrahimağacı kimi tanınan kol bitkisi Bakının hər tərəfində dekorativ məqsədlə əkilir. Müalicə məqsədilə onun toxumlarından istifadə olunur. Ərküdə dəmləməsi kişilərdə cinsi istəyi azaldır, qadınlara isə əksinə təsir edir. Qadın xəstəliklərinin demək olar ki, hamısında istifadə olunur. Aybaşı pozulması, follikulun yetişməməsi, prolaktin fermentinin artması zamanı çayın qəbulu aybaşını normallaşdırır, follikulun yetişmə və partlamasını təmin edir, yüksəlmiş prolaktin səviyyəsini aşağı salır. Qeyd edim ki, prolaktin yüksələndə qadınlarda güclü başağrıları, süd vəzilərindən süd gəlməsi və uşaqsalma kimi hallar olur.

Aztibb.az xəbər verir ki, bu barədə həkim-fototerapevt Fizuli Hüseynov ərküdənin faydalarından danışarkən məlumat verib. 

 

Həkimin bildirdiyinə görə, hipofiz vəzdə əmələ gələn şişləri və kistaları əritmək üçün 3-5 ay müddətində ərküdə çayı qəbul olunur. Ərküdə çayı klimakterik dövrün başlamasını ləngidir və əlamətlərini zəiflədir. Süd vəzilərində əmələ gələn düyünlərin və kistaların, həmçinin uşaqlıqda olan kistaların əridilməsi üçün effektli bir vasitədir. Mastopatiyası olan xəstələrin gün ərzində 3-4 dəfə ərküdə çayı içməsi məsləhətdir. Ərküdə progesteron hormonunun istehsalını artırır, bununla da qadın sonsuzluğunun qarşısını alır. Ərküdə beyində dofamin sintezini artırdığından həmin maddənin istehsalının azalması səbəbindən baş verən Parkinson xəstəliyinin müalicəsində uğurla istifadə olunur.


"Ümumiyyətlə, saydığım problemlər olmasa belə, hər bir qadın ayda 1 həftə ərküdə çayı içsə özünü sağlam hiss edər, adı gedən xəstəliklərə də tutulmaz. Ərküdə çayının qəbulu gələcəkdə cinsi orqanların xərçənginə tutulma ehtimalını azaldır", - deyə həkim qey dedib. 


F.Hüseynov qeyd edib ki, ərküdə toxumlarından bir çay qaşığı bir stəkan suda 10 dəqiqə dəmlənilməli və gündə üç dəfə yeməkdən yarım saat əvvəl içilməlidir. Yaxşı olar ki, toxumlar dəmlənilməzdən əvvəl həvəngdəstədə əzilsin. Ərküdə çayını aybaşı müddətində və hamiləlik zamanı içmək olmaz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev