Bu sadə vasitə boğaz ağrısı zamanı mikrob və iltihab əleyhinə təsir göstərir
05.02.2022 12:19

Bəzi köhnə və ucuz dərmanlar var ki, onlar bir çox bahalı müasir preparatlardan heç də geri qalmır. Belə preparatlardan biri xlorofilliptdir. Bu təbii antibiotikin tərkibində bitkilərin piqmenti olan xlorofill və evkalipt yarpaqlarının ekstraktı var.

 

Aztibb.az xəbər verir ki, xlorofillipt mikrob və iltihab əleyhinə təsir edir. Bu preparat müxtəlif məqsədlərlə istifadə olunur:

 

- Boğaz ağrısı, angina, faringit zamanı 1 x.q. xlorofillipt (spirtli məhlul) 1 stəkan suda həll olunur və gündə 3 dəfə qarqara üçün istifadə olunur.

- Burun tutulması zamanı xlorofilliptin yağlı məhlulunda pambıq isladın və burun deşiklərinə qoyub 10-15 dəqiqə saxlayın. Bu bunun nəfəsalmasını asanlaşdırır, mikrobları öldürür.

- Üzdə sızanaqlar varsa, onların üzərinə xlorofilliptin spirtli məhlulunu çəkin.

- Dodaqlarda herpes zamanı da xlorofilliptin spirtli məhlulunundan istifadə yaxşı effekt verir.

- Dəridə sıyrıntılar, kəsiklər zamanı yenə də  xlorofilliptin spirtli məhlulu köməyimizə çatacaq.

- Dabanlarda çatlar bir çox insanların problemidir. Axşam yatmazdan qabaq ayaqlarınızı yaxşı yuyun, artıq dərini ehtiyatla daban daşı ilə təmizləyin, dabanlara xlorofilliptin yağlı məhlulunda isladılmış kompres qoyun, bintlə bərkidin, corab geyinin. Səhər kompresi çıxardın. Bunu 5-7 gün ərzində edin.

- Pis ayaq qoxusunu yox etmək üçün hər axşam ayaq vannasına 2 x.q. xlorofilliptin spirtli məhlulu və 1 x.q. soda əlavə edin.

- Həddindən artıq tərləmədən əziyyət çəkirsinizsə, yarım stəkan suya 2 x.q. xlorofilliptin spirtli məhlulu və 1 x.q. soda əlavə edib yaxşı qarışdırın. Alınmış qarışığı ən çox tərləyən nahiyələrə çəkin. Bunu səhər və axşam edin.   

- Ayaqlarda göbələk zamanı spirtli məhlulla ayaq vannaları edin.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev