Yodun spirtli və ya sulu məhlulları allergik reaksiyalara səbəb ola bilər - HƏKİMLƏRDƏN XƏBƏRDARLIQ
05.02.2022 12:12

Rusiyalı cərrahlar yodun istifadəsi ilə bağlı xəbərdarlıq ediblər.

 

Aztibb.az Rusiya KİV-lərinə istinadla bildirir ki, cərrahlar yaraların dezinfeksiyası üçün yodun spirtli məhlulundan istifadə etməməyi tövsiyə edirlər. Adətən evdə istifadə etdiyimiz "klassik" yod məhz spirtli məhluldur. Belə yod dərini yandırır, yaranın vəziyyətinin daha da pisləşməsinə səbəb olur.

 

Həkimlər xəbərdarlıq edir ki, yodun spirtli məhlulu yalnız dərin olmayan sıyrıntıların işlənməsi zamanı istifadə oluna bilər. Açıq yaralara belə yodu çəkmək olmaz. Onu yaraya yox, yalnız yara ətrafına (zədələnməmiş dəriyə!) çəkmək olar. Bu, açıq yaraya mikrobların düşməsinə mane olur.

 

Mütəxəssislər yaraların dezinfeksiyası üçün müasir yod məhlullarından istifadə etməyi tövsiyə edirlər. Söhbət yodun su məhlullarından gedir. Bu, məsələn, betadin, yodopiron və s. ola bilər.   

 

Bu məhlullar açıq yaraların dezinfeksiyası üçün uyğun gəlsə də, selikli qişalarda onlardan istifadə olunmur.

 

Nəzərə almaq lazımdır ki, yodun spirtli və ya sulu məhlulları allergik reaksiyalara səbəb ola bilər və həmçinin bəzi qalxanvari vəzi xəstəlikləri, böyrək çatışmazlığı zamanı onlardan istifadə yolverilməzdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev