Dəmir kimi güclü olmaq istəyirsinizsə, "dəmir”lə qidalanın - Həkimdən VACİB TÖVSİYƏ
05.02.2022 11:27
"Orqanizmdə dəmir çatışmazlığı ciddi patoloji hal sayılır və bu hal insanda bir çox xəstəliklərin meydana gəlməsinə əlverişli şərait yaradır".
 
Aztibb.az xəbər verir ki, bunu uzman-terapevt Çinarə Səfərova deyib.
 
"Dəmir kimi olmaq istəyirsinizsə, "dəmir”lə qidalanın", - deyən həkim bildirib ki, burada tərkibində dəmir olan qida məhsullarından nəzərdə tutulur. Qida rasionunda belə məhsulların olması olduqca vacibdir. Dana, ördək, dovşan əti, qaraciyər, yumurta sarısı, kök, sarmısaq, soğan. qurudulmuş meyvələr, alma, əncir, nar, üzüm, şaftalı, armud, balıq kimi qidaarın tərkibində dəmir mövcuddur.
 
Bəs dəmir çatışmazlığı orqanizm üçün hansı problemləri yaradır? Ümumiyyətlə dəmirin orqanizmdə rolu nədən ibarətdir?
 
Dəmir qan tərkibinin ən vacib maddələrindən biridir. Hemoqlobinin yaranmasında iştirak edən dəmir qırmızı qan hüceyrələrinin tərkib hissəsidir. Hemoqlobin bədən üzvlərinə oksigen çatdıran maddədir. Əgər orqanizmdə dəmir çatışmazlığı varsa, bu qanın qırmızı hüceyrələrinin az olması deməkdir. Belə olan halda qanda hemoqlobinin səviyyəsi aşağı düşür və toxumalar lazımınca oksigenlə təmin oluna bilmir.
 
Həmçinin dəmir immuniteti gücləndirir, metabolik proseslərdə iştirak edir, fiziki və əqli işin məhsuldarlığını artırır, orqanizmi enerji ilə təmin edir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev