Koronavirusla bağlı məhdudiyyətləri pozanları ölü maşınında gəzdiriblər - İndoneziyada
08.09.2020 10:44

İndoneziyanın Proboliqo (Şərqi Yava əyaləti) şəhərinin hökumət orqanları koronavirus pandemiyasına görə tətbiq olunan qaydaları pozanları COVID-19 virusundan həyatını itirənlərin daşındığı avtomobillərdə gəzməyə məcbur ediblər.

 

Aztibb.az xəbər verir ki, bu barədə avqustun 8-də “The Jakarta Post” qəzeti məlumat yayıb. Koronavirusla mübarizə üzrə hökumət qrupunun rəhbəri Uqas İrvantonun sözlərini sitat gətirən qəzet yazıb: “Yerli bazarlardan birində biz tibbi maskalardan imtina edən təqribən 50-yə yaxın satıcı və alıcı aşkar etdik. İctimai tərbiyə vasitəsi kimi onların COVID-19 virusundan həyatını itirənlərin daşındığı avtomobilə mindirilməsi barədə qərar qəbul edildi. Həmin avtomobildə olduqları müddətdə bu şəxslərlə təhlükəsizlik tədbirləri barədə söhbət də aparıldı”.

 

Yerli administrasiyanın nümayəndəsinin bildirdiyinə görə, bununla yanaşı, həmin bazarda sahibləri məhdudiyyət tədbirlərini pozan bir neçə piştaxta da bağlanıb.

 

Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə İndoneziyada təqribən 197 min nəfər koronavirusa yoluxub, onlardan 8130-u həyatını itirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub