DGK Tibbi Xidmət İdarəsi və “Abbott” şirkəti arasında qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub - FOTO
05.02.2022 08:55
4 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və “Abbott” şirkətinin nümayəndələri arasında əməkdaşlıq görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb xidməti mayoru, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi, tibb xidməti polkovniki Elman Məmmədov, Mərkəzi Gömrük Hospitalının rəis müavini, tibb xidməti polkovnik-leytenantı, t.f.ü.d. Bəxtiyar Musayev, Mərkəzi Gömrük Hospitalının ürək-damar cərrahı, tibb xidməti leytenantı Kənan Əsədov, “Abbott” şirkətinin Rusiya və MDB üzrə Dövlət qurumları ilə əlaqələr departamentinin direktoru Aleksandra Medvedeva, eləcə də Rusiya və MDB üzrə Ürək Cərrahiyyəsi şöbəsinin müdiri Aleksey Potebnya, Rusiya və MDB üzrə Hökumətlə əlaqələr şöbəsinin rəhbəri Mariya Zançeva və şirkətin yerli nümayəndəsi Elvin Mahmudov iştirak ediblər.
Aztibb.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb xidməti mayoru, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Tibbi Xidmət İdarəsinin, eləcə də Elmi-Təcrübi və Tədris Mərkəzinin fəaliyyət istiqamətləri və prioritetlər barədə qonaqlara məlumat verib, Tibbi Xidmət İdarəsinin tibbin digər sahələrində olduğu kimi klinik və fundamental kardiologiya və ürək cərrahiyyəsi sahəsində də dünya səviyyəsində tədqiqatçı mütəxəssislər hazırlayan, Azərbaycanda aparıcı elmi-tədqiqat və tibbi maarifləndirmə işini həyata keçirən müəssisələrdən biri olduğunu qeyd edib.
Daha sonra Mərkəzi Gömrük Hospitalının rəisi, tibb xidməti polkovniki Elman Məmmədov Mərkəzi Gömrük Hospitalında kardiocərrahiyyə və ürək-damar xəstəliklərinin müalicə və diaqnostikası sahəsində beynəlxalq standartlara uyğun tibbi xidmət göstərildiyini vurğulayıb. Həmçinin Mərkəzi Gömrük Hospitalının rəis müavini, tibb xidməti polkovnik-leytenantı, t.f.ü.d. Bəxtiyar Musayev həyata keçirilən unikal cərrahi əməliyyatlar və ümumilikdə Hospitalın iş prinsipi barədə ətraflı məlumat verib.
“Abbott” şirkətinin Rusiya və MDB üzrə Dövlət qurumları ilə əlaqələr departamentinin direktoru Aleksandra Medvedeva isə təmsil etdikləri şirkətin dərman vasitələri və tibbi cihaz istehsalçılarının səlahiyyətli nümayəndəsi olaraq, tibb mütəxəssisləri: terapevtlər, kardioloqlar, reanimasiya əməkdaşları, cərrahlar və digər ixtisas üzrə mütəxəssislər üçün ürək-damar xəstəliklərinin müalicəsində dərman vasitələrinin və tibbi cihazların istifadə üsulları, onlarla işləmək üzrə praktik bacarıqların formalaşdırılması, habelə ürək-damar sistemi xəstəlikləri olan xəstələrə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə müvafiq elmi-maarifləndirici tədbirlərin təşkili və aparılmasından ibarət proqramlar təşkil etdikləri barədə geniş məlumat verib.
Qarşılıqlı əməkdaşlıq imkanlarının və gələcək üçün nəzərdə tutulmuş fəaliyyətlərin müzakirə edildiyi görüşün sonunda tərəflər arasında əməkdaşlıq memorandumunun imzalanması ilə bağlı razılıq əldə olunub.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03

