Bəylər İmanov: “Xəstələr omikron ştamını daha yüngül keçirirlər”
04.02.2022 12:26

Koronavirusun omikron ştamı infeksiyanın digər variantlarından çox fərqlidir. Azərbaycanda omikron ştamına yoluxma hallarının sayı gündən-günə artır. Həkimlər vətəndaşları bütün sanitar-epidemioloji qaydalara əməl etməyə və vaksinin buster dozasını vurdurmağa çağırır.Omikron ştamından özünüzü necə qorumalısınız? Özünüzdə omikron ştamının ilk əlamətlərini hiss etdikdə, nə etməli?

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi Bəylər İmanov CBC telekanalına bu barədə danışıb.

 

Həkim bildirib ki, omikronun simptomları digər ştamlara nisbətən daha yumşaqdır. Bu burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı, hərarətdir.

 

“Xəstələr bu ştamı daha yüngül keçirirlər. Ölüm sayı da azdır, amma yenə də var. Və buna görə də, hər kəs omikron ştamının ilk əlamətlərini hiss etdikdə, başqalarını yoluxdurmamaq üçün dərhal özünü təcrid etməlidir. Omikron ştamının sürətlə yayılması insanların, xüsusən də risk altında olanların vaxtında peyvənd edilməsini tələb edir” ,- deyə B.İmanov qeyd edib.  

 

Videosüjeti təqdim edirik: https://youtu.be/JQQLnxL4dNI

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır