Azərbaycanda meyitdən orqanların bağışlanması prosesi necə həyata keçiriləcək? - Mircəlal Kazımi AÇIQLADI
05.02.2022 07:15

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, ümumi cərrah, transplantoloq Dr.Mircəlal Kazımi ARB24-ün “İşgüzar səhər” verilişində Azərbaycanda meyitdən orqanların köçürülməsi prosesinin həyata keçirilməsinə dair sualları cavablandırıb.

 

Aztibb.az xəbər verir ki, hazırda bütün dünyada orqan transplantasiyası əməliyyatlarından geniş istifadə olunduğunu bildirən M.Kazımi bir çox ölkələrdə orqan transplantasiyası üçün meyit orqanlarından istifadə olunmasının tətbiqinə böyük üstünlük verildiyini diqqətə çatdırıb.

 

Həkimin sözlərinə görə, Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən 1999-cu ildə bununla bağlı qanunun imzalanmasına baxmayaraq, bu qanunun təkmilləşdirilməsinə və yenidən işlənilməsinə ehtiyac duyulurdu.

 

“Bu vaxta qədər Azərbaycanda orqan köçürülməsi əməliyyatları canlı qohum donorlardan orqan almaqla həyata keçirilirdi”, - deyə bildirən transplantoloq Azərbaycanda bu barədə qanunun qüvvəyə minməsindən sonra yanvar ayının 1-dən etibarən bu istiqamətdə işlərə başlanıldığını diqqətə çatdırıb.

 

Həkim meyit orqanlarından istifadə mexanizmi barədə məlumat verərək hazırda bununla bağlı ölkəmizdə görülən işlərdən danışıb. Bildirib ki, yeni Qanuna əsasən, meyit orqanlarından geniş istifadəyə şərait yaradacaq və bu insanların faydalanması üçün lazım olan orqan transplantasiyası koordinatorluğunun yaradılması istiqamətində işlər aparılır. Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən ştatlar təyin olunub.

 

“Həmçinin bununla bağlı etika komissiyasının yaradılması da biz həkimlərə böyük dəstək olacaq”, - deyə bildirən M.Kazımi bildirib ki, pasiyentin qohumu olmayan canlı donorlardan orqanların alınması prosesinə, eləcə də qanunla qadağan olunan orqanların ticarəti məsələlərinə məhz bu komissiya nəzarət edəcək.

 

Qeyd edək ki, Cənubi Qafqazda canlıdan canlıya ilk orqan köçürülməsi, qaraciyər transplantasiyası əməliyyatları məhz Azərbaycanda həyata keçirilib. Bu günə qədər respublikamızda 1500-ə qədər qaraciyər və böyrək transplantasiyası əməliyyatları icra olunub.

 

Videosüjeti təqdim edirik:  https://youtu.be/zWGUXaG0HBw

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır