Azərbaycanlı həkimlər “COST” proqramı çərçivəsində keçirilən layihələrdə iştirak edəcəklər
04.02.2022 11:53
K.Y.Fərəcova adına Elmi-tədqiqat Pediatriya İnstitutunun əməkdaşları t.e.d Nailə Rəhimova, t.ü.f.d Sevinc Nəsirova və Akademik C.M.Abdullayev adına Elmi-tədqiqat Kardiologiya İnstitutunun elmi işçisi Zaur Qasımov “COST” (European Cooperation in Science and Technology) proqramı çərçivəsində keçirilən “Neonatal beyin zədələnmələrinin erkən diaqnostikasında multidisiplinar tədqiqat təsirinin maksimallaşdırılması”, “Yaşlılarda sübuta əsaslanan fiziki aktivliyin araşdırılması üzrə şəbəkə” layihələrində iştirak hüququ qazanıb. Onların iştirakı ilə bağlı bütün xərclər “COST Actions“ şirkəti tərəfindən qarşılanacaqdır.
 
Qeyd edək ki, Elmi-Tədqiqat İnstutlarının əməkdaşlarının proqramda iştirak hüququ qazanması üçün TƏBİB-in Beynəlxalq əlaqələr şöbəsinin təşəbbüsü ilə “COST” üzrə “Milli Əlaqələndirici” şəxs İlham Hümbətov tərəfindən mütəmadi təlimlər keçirilib.
 
Məlumat üçün bildirək ki, “COST” elmi tədqiqatlar və texnologiya sahəsində Avropa Əməkdaşlığı milli tədqiqatların Avropa səviyyəsində koordinasiyasını təmin edən dövlətlərarası proqramdır. 1971-ci ildə yaradılıb və 2013-cü ildə hüquqi statusunu dəyişərək dövlətlərarası qeyri-kommersiya assosiasiyası olmuşdur. COST, Avropa Birliyinin “HORİZON 2020” elm və innovasiyalar proqramı çərçivəsində maliyyələşir. 2013-cü ildən COST Azərbaycan da daxil olmaqla yaxın qonşu ölkələrlə əməkdaşlığa xüsusi diqqət ayırır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib