Ön çarpaz bağ zədələnmələri necə baş verir? - Həkim osteopatdan İZAH
04.02.2022 10:30

“Diz oynağının müxtəlif mənşəli travmaları arasında çarpaz bağın tam və ya hissəvi yırtıqları əsas yer tutur”.

 

Aztibb.az-ın xəbərinə görə, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov ön çarpaz bağ zədələnmələri ilə bağlı maarifləndirici məlumat paylaşıb.

 

“Çarpaz bağ ön və arxa olmaqla 2 ədəddir, onlar bud və qamış sümükləri arasında çarpaz şəkildə yerləşirlər”, - deyən həkim ön çarpazın bağ oynağını fiksə etdiyini və qamış sümüyünün hərəkətlər nəticəsində önə doğru yerdəyişməsini əngəllədiyini diqqətə çatdırıb:

 

“Arxa çarpaz bağ – dizin arxaya doğru patoloji yerdəyişməsinin qarşısını alır. Ön çarpaz bağ anatomik xüsusiyyətlərindən dolayı daha çox yüklənməyə məruz qalır, bu səbəbdən arxa çarpaz bağdan daha çox zədələnmələrinə rast gəlinir”.

 

Bu patologiya insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır. Belə ki:

 

- Travma nəticəsində çarpaz bağların tam və ya hissəvi yırtığı əmələ gəlir ki, bu da diz oynağının normal funksiyasına mane olur;

- Oynağın bir çox elementlərinin sabitliyinin və stabilliyinin pozulması;

- Oynaqda yaranmış ödem səbəbindən hərəkət məhdudiyyətinin yaranması;

- Oynaqda yaranmış güclü ağrı sindromu və qeyri-stabillik;

- Travmaya məruz qalmış diz oynağı artıq dayaq funksiyasını yerinə yetirmir.

 

Osteopat əlavə edib ki, hər iki çarpaz bağın tamlığının pozulması - oynağın qanla təchizatının zəifləməsinə gətirib çıxarır (hemartroza səbəb olur) ki, bu da bağların müalicəsiz bərpasını imkansız edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev