ATU-nun Tədris Cərrahiyyə Klinikasında qaraciyər sistləri ilə bağlı seminar keçirilib
03.02.2022 14:43

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün növbəti seminar keçirilib.

 

Aztibb.az xəbər verir ki, seminarda Rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova təşəbbüsün özləri tərəfdən irəli sürüldüyünü və belə tədbirlər davamlı olacağını bildirib.

 

Sonra Ümumi cərrahlıq kafedrasının müdiri, professor Elçin Ağayev “Parenximatoz üzvlərin parazitar və qeyri-parazitar sistlərinin laparoskopik müalicəsinin bəzi aspektləri" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qaraciyər sistləri, onun laparaskopik müalicə üsullarından danışıb, həmçinin rezidentlərə gələcəkdə aparacaqları əməliyyatlar zamanı üzləşəcəkləri vəziyyətlərlə bağlı məsləhətlər verib.

 

Qeyd edək ki, seminarda klinikanın rezidentlər üzrə məsul şəxsi, assistent Namiq Xəlilov da iştirak edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb