Cahit Bağçı: İşğaldan azad olunan ərazilərdə ən müasir tibb müəssisələrinin yaradılmasında Türkiyə köməyini əsirgəməyəcək
03.02.2022 09:29

Səhiyyə Nazirliyində Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Aztibb.az xəbər verir ki,  səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, hər bir sahədə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də iki ölkə arasında yüksəksəviyyəli əməkdaşlıq mövcuddur: “Uzun illər ərzində tibb sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün səmərəli işlər görülüb. Belə ki, ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlıq həyata keçirilir, tibb təhsili sahəsində də qarşılıqlı fəaliyyət, o cümlədən ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik məlumatların mübadiləsi üçün yeni imkanlar yaradılıb. Eyni zamanda, Azərbaycan Tibb Universiteti Türkiyənin nüfuzlu tibb universitetləri ilə elmi əməkdaşlığı genişləndirir, müxtəlif istiqamətdə ortaq layihələr icra olunur. Bundan başqa, ölkələrimizin mütəxəssis və həkimləri üçün təcrübə mübadiləsi və ixtisasartırma üzrə tədbirlərdə iştirak etmək üçün qarşılıqlı səfərlər təşkil olunur. Səhiyyə sahəsində əldə olunan nailiyyətlərlə yanaşı, problemlər də mövcuddur. Belə ki, güclü maddi-texniki baza ilə yanaşı, savadlı mütəxəssislərə də ehtiyac var. Türkiyədə tibb texnologiyası ən innovativ və sürətlə inkişaf edən sənayelərdən biridir. Hazırda Azərbaycanda tibbi avadanlıqlar üzrə mühəndislərin yetişdirilməsinə tələbat mövcuddur”.

 

Teymur Musayev qardaş Türkiyə tərəfinə pandemiyaya qarşı mübarizədə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

 

Çıxışının sonunda nazir gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

 

Öz növbəsində səfir Cahit Bağçı qeyd edib ki, Azərbaycan və Türkiyə yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə nəzərəçarpan uğurlar qazanan ölkələr sırasındadır, hər iki ölkədə virusa qarşı peyvəndləmə sürətlə aparılır.

 

Cahit Bağçı, həmçinin 44 gün davam edən Vətən müharibəsində işğaldan azad olunan ərazilərdə ən müasir tibb müəssisələrinin yaradılmasında Türkiyənin köməyini əsirgəməyəcəyini söyləyib.

 

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səhiyyə sahəsində əməkdaşlıq və birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb, tərəflər əczaçılıq sənayesində gələcək əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, COVID-19 infeksiyasına qarşı mübarizə tədbirlərinin nəticələrindən bəhs olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb