İcbari tibbi sığorta çərçivəsində hamilə qadının əkiz övladları dünyaya gəlib  
02.02.2022 13:33
İcbari tibbi sığorta çərçivəsində Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu PHŞ-yə müraciət etmiş hamilə qadının əkiz övladları dünyaya gəlib.
 
Bu barədə Aztibb.az-a institutdan məlumat verilib.
 
Bildirilib ki, hamiləlik periodunda müəssisənin baş həkimi Elmar Qaçabəyov tərəfindən daimi olaraq nəzarətdə olan hamilə qadın həm ambulator, həm də stasionar şəraitdə müayinə və müalicələrlə təmin olunub. Hamiləliyinin 34-cü həftəsində həkim mama-ginekoloq, t.ü.f.d., dosent İsmayılova Aynurə və mama-ginekoloq Vəliyeva Sahilə tərəfindən qadına vaxtından əvvəl doğuş təhlükəsi, fəsadlaşmış mamalıq anemnezi, doğuşun birinci dövrü diaqnozları ilə təcili qeysəriyyə kəsiyi əməliyyatı icra olunub.
 
Əməliyyat uğurla icra edilib və cinsi kişi olan əkiz uşaqlar dünyaya gəlib. Yenidoğulmuşlardan birinin çəkisi 2655 qr, ikinci körpənin çəkisi isə 2275 qr olub. Eyni zamanda, qeysəriyyə əməliyyatının icrası zamanı kista aşkar olunaraq xaric edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib