Çənə və dişlərin düzülüşü vücuda necə təsir göstərir? - Həkim osteopat
02.02.2022 10:49
Dayaq – hərəkət sistemi (skelet sistemi) vahid bir struktur şəklində çalışır. Buna görə də hər hansı bir sistemdə patoloji vəziyyət digər sistemlərdə də öz təsirini göstərmiş olur.
Aztibb.az-ın xəbərinə görə, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bu barədə məlumat paylaşıb.
Onun sözlərinə görə, skelet əzələləri - kəllə, alt çənə, onurğa, ətraf və çanaq arasında yaranmış anatomik “zəncir” səbəbindən müxtəlif pozğunluqlarda həlledici rol oynayır.
Aparılmış tədqiqatlar dişləmə və ya dişlərin düzülüşünün uşaqların yerişinə necə təsir etdiyini öyrənmişdir. Ümumilikdə 605 uşaq arasında aparılan tədqiqat nəticəsində yerimə problemləri ilə dişləmə problemlərinin biri-birindən asılı olduğu aşkar olunmuşdur:
"Digər kiçik araşdırma ilə yerimə və çənənin vəziyyəti arasında asılılığın olduğu müəyyən edilmişdir. Çənənin quruluşundan, ağızın açılışının genişliyindən asılı olaraq uşaqlarda yerimə surətinin əhəmiyyətli dərəcədə dəyişdiyi müəyyən olunmuşdur.
Alt çənənin yerləşməsi baş və boyun duruşuna, çiyin qurşağı və dilaltı sümüyümüzə (hyoid sümüyü) təsir göstərir. Çənə sümüyünün düzgün quruluşu (duruşu) düzgün dil duruşu ilə bağlıdır. Dilin ağız damında yerləşməsi boyun əzələlərini aktivləşdirir. Bu duruşu qorumağa başlamaq üçün dilinizin ucu yuxarı ön dişlərin arxasında dayanmalı və dilin kökü boğazın arxasındakı yumşaq damağa yapışmalıdır".
Həkim əlavə edib ki, irəli baxan baş pozası gün ərzində səbəbi bilinməyən daimi baş ağrılarına təkan verir. Eyni zamanda ağızda çəkilmiş dişlər, çənənin bağlanma və açılma problemləri, həmçinin dişləmə problemləri onurğa deformasiyalarına və yeriş formalarına mənfi təsir göstərir.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

