"COVID-19 pandemiyası zamanı mamalıq və ginekoloji problemlərə müasir baxış" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
03.02.2022 22:14
11 fevral 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "COVID-19 pandemiyası zamanı mamalıq və ginekoloji problemlərə müasir baxış" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
 
Aztibb.az xəbər verir ki, "ZOOM" platforması üzərindən həyata keçirilməsi planlaşdırılan beynəlxalq elmi konfransda “Hamiləlik zamanı COVID-19 infeksiyası”, “Hamiləlikdə COVID-19: diaqnostik və müalicə xüsusiyyətləri” və “COVID-19-un qadın reproduktiv sağlamlığına təsiri” başlıqlı 3 paneldə ümumilikdə 11 məruzə dinləniləcək.
 
Konfrans panel müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.
 
Konfrans proqrama uyğun olaraq xüsusilə mama-ginekoloq, anestezioloq-reanimatoloq, radioloq, psixiatr, infeksionist, neonatoloq, pediatr ixtisasına malik həkimlər üçün nəzərdə tutulmuşdur.
 
Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya DTT balı və sertifikat veriləcək.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir. 
 
Konfransda iştirak ödənişsizdir. 
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub