COVID-19-a yoluxan hamilələrdən biri üçəm, digəri dördəm dünyaya gətirib - Kliniki Tibbi Mərkəz  
02.02.2022 10:47

COVID-19-a yoluxmuş və vəziyyətləri ağırlaşdığı üçün Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş iki hamilə qadından biri üçəm, biri dördəm dünyaya gətirib.

 

Bu barədə Aztibb.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

 

Bildirilib ki, yanvarın 26-sında Mərkəzə gətirilən 44 yaşlı hamilə qadının vəziyyəti daha da ağırlaşdığı üçün reanimasiyaya yerləşdirilib. Daha sonra həkimlər 30 həftə 6 günlük olan hamiləliyin sonlaşdırılması qərarını alıb və 4 gün sonra, yanvarın 31-də qeysəriyyə əməliyyatı ilə üçəmlər dünyaya gəlib. Üçəmlərin hər biri qızdır. Çəkiləri 1 200, 1 180, 755 qram olub. Hazırda onların üçü də küvəzdədir. İkisinin vəziyyəti stabil, birinin vəziyyəti isə ağır olaraq qalır.

 

31 həftəlik 22 yaşlı hamilə qadın isə fevral ayının 1-də Mərkəzə yerləşdirilib. Onun da vəziyyəti orta-ağır olduğu üçün təcili olaraq əməliyyata alınıb və dördəmləri dünyaya gəlib. Dördəmlərdən üçü qız, biri oğlandır. Onların çəkiləri 1 340, 1 440, 1 250 və 1 300 qram olub. Hazırda ikisinin vəziyyəti stabil, ikisinin vəziyyəti isə ağır olaraq qalır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib