Təbii ağrıkəsici - Nektarinin FAYDALARI
01.02.2022 17:28

Nektarin xaricdən şaftalıya bənzəyir, amma onun üstü tüksüz və daha sığallı olur. Nektarinin tərkibində fruktoza, saxaroza, orqanik turşular (alma və sirkə), polifenol, C və P vitaminləri, pektin maddəsi, fosfor, kalium, kalsium, maqnium, dəmir, kükürd və s. var. O daxili sekresiya vəzilərinin fəaliyyətini artırır, pis və çətin həzm olunan yağların orqanizm tərəfindən sorulmasını sürətləndirir. Nektarinin tərkibində olan A və E vitaminləri, antioksidantlar dərinin elastikliyini artırır.

 

Nektarinin tərkibində olan pektin birləşmələri orqanizmdən zərərli maddələrin xaric olmasına səbəb olur. Nektarin orqanizmdə xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır. Ürək döyüntülərinin zəifləməsi zamanı, qan azlığında, mədə turşuluğunun miqdarı artdığı zaman, qəbizlik zamanı yeməyə 15 dəqiqə qalmış nektarin şirəsi içmək çox faydalıdır. Vaxtaşırı nektarin şirəsi içmək arterial təzyiqin və ateresklerozun profilaktikasında çox xeyirlidir.

 

Aztibb.az C vitamini ilə zəngin nektarinin faydalarını təqdim edir:

 

- dəridə olan xırda qırışları açır;

- çapıqların sağalmasını sürətləndirir;

- xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır;

 

- A,C, kalium və fosfor baxımından zəngindir;

- lifli olduğuna görə, diyetdə olanlar üçün əvəzsizdir;

- protein və yağ baxımından zəif meyvədir;

- tərkibindəki minerallar sayəsində həzm sistemini yaxşıladırır;

- qəbizlik problemi yaşayanlar üçün ideal meyvədir;

- sidikqovucu xüsusiyyəti var;

- bağırsağın və mədənin dostudur;

- bağırsaq qurdlarını ilə mübarizə edir;

- böyrək daşı yaranmasını önləyən meyvədir;

- əzələ və oynaq ağrılarını yüngülləşdirir;

- immun sistemini gücləndirib, ağrıları sakitləşdirir;

 

Nektarinin ZƏRƏRLƏRİ
 

Nektarindən həddindən çox yemək çəkinin artmasına səbəb olur. Şəkərli diabetdən və allergiyadan əziyyət çəkənlərə də bu meyvədən istifadə edərkən ehtiyatlı olmaq tövsiyə edilir. 7 yaşından kiçik uşaqlara da çox nektarin yemək tövsiyə edilmir. Nektarin ləpəsinin çəyirdəyində güclü zəhər olan sianid turşusu var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub