Bu gün professor Surxay Musayevin doğum günüdür  
01.02.2022 14:26
Bu gün ATU-nun Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayevin doğum günüdür.
 
Aztibb.az-ın xəbərinə görə, prof. Surxay Musayev 1951 -ci il fevralın 1-də Samux rayonunun (o zamanlar Xanlar rayonu) Füzuli kəndində anadan olmuşdur. 1967-ci ildə Samux rayon M.Ə.Sabir adına orta məktəbi bitirmişdir. 

 

1968-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indi universitet) Pediatriya fakültəsinə daxil olmuş, 1974-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

 

1974-1977 -ci illərdə Azərbaycan Tibb Universitetinin I-uşaq xəstəlikləri kafedrasnda həkim, 1977-1985-ci illərdə assistent, 1986-1992-ci illərdə dosent vəzifəsində işləmiş, 1992-ci ildən professor vəzifəsində işləyir. 1985-ci ildə namizədlik, 1992-ci ildə doktorluq disserasiyasını müdafiə etmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2000-ci ildə "Əməkdar həkim", 2010-cu ildə "Əməkdar elm xadimi" adına layiq görülmüşdür.

 

2010-cu ilin aprel ayından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı əsasında yaradılmış Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik Klinikasının direktoru vəzifəsinə təyin olunmuşdur.

 

Hörmətli Surxay müəllimi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona şəxsi və iş həyatında uğurlar və möhkəm can sağlığı arzulayırıq.
 

 

 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır