"Uşaqlarda exokardioqrafik müayinələrin aparılması vacibdir" - Uşaq kardioloqu Elşən Rzayev
01.02.2022 12:43
Uşaqlarda ürək xəstəliklərinin vaxtında aşkarlanması üçün exokardioqrafik müayinələrin aparılması çox faydalıdır.
 
Aztibb.az xəbər verir ki, bu barədə ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq kardioloqu Elşən Rzayev məlumat verib. Onun sözlərinə görə, uşaqlarda belə müayinələrin riskli olmasına dair fikirlərin heç bir əsası yoxdur:
 
"Bəzən valideynlər əməliyyatdan öncə və ya sonra anadangəlmə ürək qüsurlu uşaqları belə müayinələrə aparmağa tərəddüd edirlər. Lakin bilmək lazımdır ki, exokardioqrafik müayinələrin heç bir ziyanı yoxdur. Zərərli müayinələr əsasən rentgen şüaları ilə bağlıdır. Exokardioqrafiya müayinəsi isə yalnız ultrasəs dalğalar üzərindən işləyən cihazla aparıldığından, hansısa təhlükəsi yoxdur".
 
Kardioloq Elşən Rzayev qeyd edib ki, ATU-nun Tədris Cərrahiyyə Klinikası ən son texnologiyalara uyğun tibbi avadanlıqlarla təchiz olunub. Klinikada müasir tələbələrə cavab verən mövcud cihazlar hər cür kardioloji diaqnostika aparmağa, bütün növ ürək qüsurlarını aşkarlamağa imkan verir.
 
Xatırladaq ki, ATU-nun Onkoloji Klinikası, Regional İnkişaf Birliyi və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının dəstəyi ilə həftə sonları müxtəlif ixtisaslı həkimlərin regionlara səfərləri təşkil olunur. Layihə çərçivəsində ikinci Vətən müharibəsi qazilərinə, şəhid ailələri üzvlərinə müxtəlif profilli tibbi xidmətlər göstərilir. Həmçinin, ATU klinikalarında da mütəmadi olaraq belə müayinə aksiyaları təşkil olunur. E.Rzayev bu kimi aksiyaların da bir sıra xəstəliklərin vaxtında aşkarlanması və önlənməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev