Uzman həkim: "Səssiz infarktların ilk simptomu ölümdür"
01.02.2022 11:15
Sinə ağrısı infarktın ilk əlaməti hesab olunur. Lakin infarkt bəzən səssiz gələ bilər. Təəssüf ki, səssiz infarktların ilk simptomu ölümdür.
 
Aztibb.az xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib. Onun sözlərinə görə, infarkt diaqnozu xəstənin şikayətləri və EKQ-nin qiymətləndirilməsi ilə həkim tərəfindən qoyulur. Bu səbəbdən əgər ağrınız varsa, deməli, şanslısınız.
 
Sinədə təzyiq (ağrı) – infarktın əsas əlaməti döş qəfəsində, sinədə olan yandıran, göynədən ağrıdır. Bu ağrı sol qola, sol kürəyə yayılır, bəzən hətta sağ tərəfə, boyuna, çənəyə də yayılması mümkündür. Ağrı 20 dəqiqədən çox, adətən saatlarla davam edir. Bu zaman istirahət və ya nitroqliserin qəbulu effektsiz olur.
 
C.Gülmalıyev qeyd edib ki, sinə ağrısı infarktdan xəbər versə də, bəzi xəstələrdə qarının yuxarı hissəsində mədəyə təsir edən ağrılar da ola bilər. Belə vəziyyətdə bu narahatlığın mədə ilə əlaqəli olduğu düşünülə bilər və xəstə problemə diqqətli yanaşmaz.
 
"İnfarkt zamanı hüceyrə ölümü 20 dəqiqədən sonra başlayır və 6-cı saatda canlı ürək əzələsinin 90% itkisi müşahidə edilə bilər. Buna görə də, infarkt zamanı müalicə mümkün qədər tez tətbiq olunarsa, ürəkdə əzələ zədələnməsinin qarşısını böyük ölçüdə almaq mümkün olacaq", - deyə uzman həkim əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev